Mənim cənab Uitkoff ilə son əlaqəm onun rəhbərinin İrana qarşı qanunsuz hərbi hücumla diplomatiyanı məhv etmək qərarından əvvəl olub.
Aktual.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Arakçı özünün X səhifəsində yazıb.
"Bunun əksini iddia edən hər hansı bəyanat yalnız neft treyderlərini və ictimaiyyəti çaşdırmağa yönəlmiş kimi görünür”, - o bildirib.
Qeyd edək ki, "Axios” ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla Arakçı arasında birbaşa əlaqə kanalının yenidən bərpa olunduğu haqda məlumat yayıb.
Xəbər 47 dəfə oxunub.