Arakçı Qətərə getdi: HƏMAS rəhbərliyi ilə görüşəcək

Arakçı Qətərə getdi: HƏMAS rəhbərliyi ilə görüşəcək
  • DÜNYA

İranın xarici işlər naziri Abbas Arakçı Qətərə gedib və orada HƏMAS-ın nümayəndələri ilə danışıqlar aparacaq.
Aktual.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Səfər zamanı HƏMAS-ın yüksək səviyyəli nümayəndələri ilə görüş və Fələstində baş verən son hadisələrin müzakirəsi planlaşdırılır”, - məlumatda deyilir.
Qeyd olunur ki, Arakçı Qətər rəhbərliyi ilə də görüşəcək, tərəflər regiondakı vəziyyəti və ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə edəcək.
Xəbər 77 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR