Arakçı Əsəddən Ankaraya mesajı çatdırıb?

Arakçı Əsəddən Ankaraya mesajı çatdırıb?
  • DÜNYA

Türkiyə İran xarici işlər naziri Abbas Arakçının Ankaraya səfəri zamanı Suriya Prezidenti Bəşər Əsəddən heç bir mesaj almayıb.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyyət” qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Bəşər Əsədin Türkiyə hakimiyyəti ilə görüş istəyib-istəməyəcəyi də maraq doğururdu. Lakin nə Rusiya xarici işlər naziri, nə də İranın xarici işlər naziri bu barədə açıqlama verdi. İranlı nazir Əsəddən Ankaraya mesaj gətirməyib”, - mənbə bildirib.
Qeyd edək ki, dekabrın 1-də İranın xarici işlər naziri Abbas Arakçı Dəməşqə səfər edib, burada Suriya Prezidenti Bəşər Əsədlə danışıqlar aparıb, dekabrın 2-də isə Türkiyədə həmkarı Hakan Fidanla görüşüb.
Xəbər 83 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR