“Apteçka”da bu dərmanlar olmalıdır - SİYAHI

“Apteçka”da bu dərmanlar olmalıdır  - SİYAHI

Nəqliyyat hadisəsi zamanı zərər çəkənlərə ilk tibbi yardım məqsədi ilə sürücülərə tibb çantasının verilməsi mətbuatın müzakirə mövzusuna çevrilib.

Tibb çantasında dərman vasitələrinin siyahısı mediada və sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Mütəxəssislər siyahıdakı dərmanların həddindən artıq böyük olduğunu iddia edir.


Bəs, əslində tibb çantasında nələr, hansı dərman preparatları olmalıdır?

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, sürücülərə təqdim edilən “apteçka”da artıq şeylər çoxdur.

Onun sözlərinə görə, bütün dünyada maşınların hər birində “apteçka”lar qoyulub və hadisə zamanı insan həyatını xilas etmək üçün lazım olan preparatların hər biri onun içində var: ““Apteçka”da ən vacib 3 dərman növü olmalıdır. Onlardan birincisi hadisə zamanı qanaxmanı saxlamaq, ikincisi yaraları sarımaq və üçüncüsü isə sınıqlar zamanı ilkin yardım üçün lazım olan tibbi vasitələrdir. “Apteçka”da sarğı üçün lazım olan bint avadanlıqları, leykaplastr və s. olması kifayətdir”.

A.Qeybulla qeyd edib ki, birinci məsələ xəstənin həyatını xilas etməkdir: “Hər bir sürücü ilk tibbi yardımı göstərməyi bacarmalıdır. Xəstədə sınıqlar varsa, taxta parçası qoyub bağlanmalıdır ki, tərpənməsin. Xəstəxana şəraitində istifadə olunan dərmanların “apteçka”da olması tam lüzumsuzdur və insanlara əlavə problem yaradır”.

Xəbər 5524 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR