Aprel döyüşlərində başından güllə yarası alan Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi Yaşar Ağayev komadan ayılıb.
Aktual.az Azvision.az-a istinadən xəbər verir ki, bu barədə hərbçinin dayısı Şahlar Ağayev məlumat verib.
“Həkimlər hər şeyin yaxşıya doğru getdiyini deyirlər. Yaşar baş nahiyyəsinən ağır güllə yarası almışdı. Hazırda vəziyyəti yaxşıdır. O, 4 ildir ki, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edir. Ötən gün atası Yaşarla görüşüb”.