“Apple” şirkəti "ağıllı üzük"lə bağlı patent üçün müraciət edib. Qurğu sensor panel və ya ekranla təchiz olunacaq. Həmçinin “ağıllı” üzüyə səs komandaları üçün daxili mikrofon quraşdırıla bilər. Bundan başqa, cihaz sahibi tərəfindən yazılmış mətni əlin hərəkətinə görə tanıyacaq.
“The Verge” nəşri yazır ki, belə qurğu yenilik deyil, başqa istehsalçıların müvafiq cihazı bazarda satışa çıxarılıb. Bu qurğular üzərindən “Bluetooth” texnologiyasının köməyi ilə smartfonları idarə etmək olar.\AzərTaC\
Aktual.az