"Apple" 2025-ci ildən "iPhone"larda mühüm dəyişiklik edəcək


ABŞ-nin "Apple" korporasiyası 2025-ci ildən etibarən "iPhone" smartfonlarında "Bluetooth" və "Wi-Fi" qoşulması üçün "Broadcom Inc." şirkətinin təchiz etdiyi komponentləri öz istehsalı olan çiplərlə əvəz edəcək.
Aktual.az bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Məlumata görə, şirkət bir neçə il ərzində "Proxima" kod adı altında çip hazırlayıb. Bu çip, "Apple"ın digər çipləri kimi, korporasiyanın tərəfdaşı olan "Taiwan Semiconductor Manufacturing Co." tərəfindən istehsal ediləcək. Agentliyin qeyd etdiyi kimi, hazırda "Apple" korporasiyası "Broadcom" məhsullarının ən böyük sifarişçilərindən biridir və şirkətin gəlirlərinin təxminən 20%-i onun payına düşür.
"Apple"ın modullardan imtina etməsi xəbərindən sonra "Broadcom"un səhmləri 3.9% dəyər itirib.(oxu.az)


Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR