Xəzər televiziyasında yayımlanan "İncilər" verilişinin aparıcısı Könül Muxtarovanın üzünə cərrah bıçağı toxunacaq.
Aktual.az primetime.az-a istinadən xəbər verir ki, o, burnunu plastik əməliyyat elətdirməyə hazırlaşır. "Televiziyaya gəldiyim ilk gündən sahib olduğum qüsurlu burnumla müxtəlif səpkili verilişlər aparmışam. Düzdür, efir estetik gözəlliyi sevir, amma mən heç vaxt burnuma qarşı kompleks yaşamamışam. Çalışdığım "İncilər" verilişinin kollektivi qarşıma şərt qoydu. Mütləq bu burnumla vidalaşmalıyam. 17 mart tarixində cərrahiyyə masasına uzanacağam".