ATV telekanalının tanınmış siması Nanə Ağamalıyevanın ixtisasca həkim olması sadiq tamaşaçılarına yaxşı məlumdur.
PrimeTime.Az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin məzunu olan Nanə, hər yay olduğu kimi, bu dəfə də öz istəyi ilə Türkiyənin Samsun şəhərində yerləşən dünyaca məşhur FBM klinikasında təcrübə keçir. Həkim cərrah Hayati Akbaşın etdiyi əməliyyatlarda assistent kimi iştirak edən aparıcı, fikirlərini oxucularımızla belə bölüşdü: "Aparıcılıqda özümü tapsam da, ixtisasca həkim olduğumla daim fəxr etmişəm. Bu bir reallıqdır ki, həkim kimi daha fəaliyyət göstərməyəcəyəm. Tibbi biliklərimi artırmaq istəyim hər il məni Samsunda yerləşən FBM klinikasına gətirir. Cərrahlar arasında öz işini mükəmməl bacaran həkim Hayati Akbaşa nə qədər təşəkkür etsəm azdır. O, hər dəfə keçirdiyi əməliyyatlarda iştirak etməyimə maksimum şərait yaradır. İnsanlara sağlamlıq, gözəllik bəxş edən bu həkimdən çox şey öyrənirəm. O, qızıl əlləri ilə çox xarüqələr yaradır". Nanənin əməliyyat otağından çəkdiyi fotoları eksklüziv olaraq oxucularımız üçün yayımlayırıq.
Aktual.az