AP İranda etirazçıların repressiyası, özbaşına həbslər, işgəncələr, edamlar və qeyri-insani saxlanma şəraitini pisləyən qətnamə qəbul edib.
Aktual.az xəbər verir ki, qətnamə 524 səs lehinə, 3 əleyhinə və 41 bitərəf səslə təsdiqlənib.
Sənəddə İran hakimiyyətinin törətdiyi cinayətlərin BMT tərəfindən müstəqil araşdırılması, günahkarların məsuliyyətə cəlb edilməsi və işin Beynəlxalq Cinayət Məhkəməsinə göndərilməsi tələb olunur.
Avropa Parlamenti aksiyalarda çoxsaylı ölüm xəbərlərinə istinad edərək, İrana qarşı sanksiyaların artırılmasını, o cümlədən SEPAH üzvlərinə və məsul vəzifəli şəxslərə qarşı aktivlərin dondurulması və səyahət qadağalarının genişləndirilməsini istəyir.
Xəbər 50 dəfə oxunub.