Avropa Parlamentinin hakim Gürcü Arzusu Partiyasının siyasətini tənqid edən qətnaməsi ədalətsizdir.
Aktual.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
"Bu qətnamənin ədalətsizliyi çox açıq şəkildə görünür. Söhbət yenə də Gürcü Arzusunun nümayəndələrinin cəzalandırılmasından, Milli Hərəkata himayədarlıqdan gedir və bunlar qətnamədə əsas qırmızı xəttdir. Təbii ki, bu ədalətsiz sənəd də əvvəlki üç qətnamə kimi dəyərsizdir və əvvəlki üç qətnamə kimi təsirsiz olacaq”, - o bildirib.
Baş nazir qeyd edib ki, qətnamənin arxasında Gürcüstanda Rusiya ilə qarşıdurmanın ikinci cəbhəsini açmaq istəyən qüvvələr dayanır:
"Onlar bu qətnaməni xüsusi olaraq oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkisindən əvvəl gürcü seçicilərə təsir etmək məqsədilə qəbul ediblər”.
Qeyd edək ki, Avropa Parlamentinin üzvləri AB-nin Gürcüstana ayırdığı maliyyənin dondurulmasını, eləcə də ölkədə "demokratiyaya zərbə vuran” şəxslərə, həmçinin hakim partiyanın təsisçisi Bidzina İvanişviliyə qarşı sanksiyaları tələb edən qətnaməni dəstəkləyiblər.
Xəbər 195 dəfə oxunub.