Avropa Birliyi Şurasının Prezidenti Antonio Koşta martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Aktual.az xəbər verir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Avropa Birliyi Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Xəbər 47 dəfə oxunub.