Antalyada Azərbaycanla bağlı tədbir keçirildi

Antalyada Azərbaycanla bağlı tədbir keçirildi

Türkiyənin Antalya şəhərində "Azərbaycan mədəniyyəti və sənəti günü”nün açılışı olub.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Azərbaycanın Türkiyədəki səfirliyi və Antalya Azərbaycan Mədəniyyəti və Həmrəyliyi Dərnəyinin dəstəyilə keçirilən tədbirdə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Antalya valisi Hulusi Şahin, dövlət rəsmiləri, Antalyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbirdə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, turizm gözəlliklərinə dair videomaterial nümayiş etdirilib.
Antalyada "Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirləri davam edir.
Xəbər 430 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR