Antalyada Azərbaycan Parkı açılacaq

Antalyada Azərbaycan Parkı açılacaq

Millət vəkili Qənirə Paşayeva Antalya valisi ilə Dağlıq Qarabağ və Xocalı Soyqırımından danışıb



 Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Antalyaya  səfəri zamanı Antalya valisi Muammer Türker ilə görüşüb. Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova,  Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin rəhbəri Çingiz Qədimli, təşkilatın fəalları,  Antalya Türk Ocaqlarının rəhbər və fəalları da iştirak ediblər. “Türkiyənin uğuru Azərbaycanın, Azərbaycanın uğuru isə Türkiyənin uğurudur. Ümumilli  Lider  Heydər Əliyevin də dediyi kimi biz bir millət iki dövlətik”-deyən millət vəkili vali ilə söhbət zamanı Azərbaycanın qanayan yarası Dağlıq  Qarabağ problemindən geniş danışıb. “Ermənistan hələ də işğal etdiyi Azərbaycan torpaqlarından çəkilmir və 1 milyondan çox soydaşımız öz evlərinə dönə bilmirlər. Xocalı soyqırımını törədənlər hələ də ədalər qarşısında cavab verməyiblər. 


Ancaq mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib o gözəl torpaqlarımızı işğalından azad edəcəyik və Xocalı soyqırımı törədənlərin  ədalət qarşısında cavab verməsinə nail ola biləcəyik.” Qənirə Paşayeva  Antalya valisinə  həmmüəllifi olduğu Türkiyə türkcəsində  “Xocalı Soyqrımı tanıqların dilindən” kitabını hədiyyə edib və qondarma erməni soyqırımı yalanlarının qarşısının alınması, Qarabağ həqiqətlərinin, Xocalı Soyqırımı gerçəklərinin dünyaya daha geniş şəkildə tanıdılmasında gənclıərimizin üzərinə böyük bir missiya düşdüyünü deyərək Antalya Azərbaycan Kültür və Dayanışma  Dərnəyi və Antalya Türk Ocaqlarının dəvəti ilə Antalyaya gəldiyini və bu mövzuları özündə əks etdirən konfransda məruzə ilə çıxış edəcəyini və gənclərin suallarını cavablandıracağını deyərək gənclərimiz bu məsələlərdə daha aktiv olmalıdırlar deyib. Bu cür konfransların önəminə toxunan Antalya valisi Muammer Türker öz növbəsində  görüşdən məmnunluğunu bildirib. “Sizləri burda görməkdən məmnun oldum. Bizlər bir millətik. Sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq.”  Millət  vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın  növbəti hissəsələrində Antalyanın da yer alacağını bildirib və onu  ölkəmizə dəvət edib. Antalya  valisi  Azərbaycana səfər etməkdən böyük sevinc duyacağını deyib. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etməsindən məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Türkiyənin müxtəlif bölgələri arasında da bu əlaqələrin getdikdə daha genişlənməsinin vacibliyini qeyd edərək Azərbaycanla Antalya arasında əlaqələrinin daha da güclənməsinin də  çox mühüm olduğunu  dilə gətirib: “Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Antalyanın da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir. Antalya Azərbaycan  Kültür və Danayaşma Dərnəyinin rəhbərliyi  Antalyada 5 mindən çox Azərbaycanlı yaşadığı barədə məlumatlar  verdilər. Eyni zamanda burada Akdeniz Universitetində çoxlu sayda gəncimiz təhsil alır. Biz inanırıq ki, siz onların ortaya çıxan məsələ və problemlərinin həllində bu günə qədər olduğu kimi bundan sonra da hər zaman diqqət və qayğı ilə yanaşacaqsınız və bunun üçün sizı təşəkkürümüzü bildiririk. Burada Azərbaycan Kültür və Dayanışma Dərnəyinin fəaliyyəti də çox önəmlidir və artıq onların təşəbbüsü və dəstəyi ilə Antalyada Azərbaycan parkı salınır. Bu gün görülən işlərə baxa bildik və inanırıq ki, çox yaxın günlərdə park yüksək səviyyədə istifadəyə veriləcək və bizə də sizinlə bərabər, Antaliyalılarla bərabər onun açılışında iştirak etmək nəsib olacaq. Bu cür layihələr qardaşlığımızı daha da gücləndirir və inşallah onların sayı daha da artar.” Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Antalya valisinə özünün müəllifi olduğu kitablarla yanaşı  Azərbaycanın tarixi,  mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən  kitabları, matreialları , rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB-nin  hazırladığı  “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu  və  Azərbaycan bayrağı hədiyyə edib.  Nümayəndə heyəti üzvləri Nəcibə  Nəsibova və  Azərbaycan Kültür və Dayanışma Dərnəi rəhbərliyi də hədiyyələrini bələdiyyə başqanına  təqdim ediblər. Antalya valisi də  millət vəkili Qənirə Paşayeva və nümayəndə heyəti üzvlərnə Antalya ilə bağlı materiallar, kitablar hədiyyə edib.


Xəbər 521 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR