ANS-lə MTRŞ-nın məhkəməsinin vaxtı bəlli oldu

ANS-lə MTRŞ-nın məhkəməsinin vaxtı bəlli oldu

ANS Müstəqil Yayım və Media Şirkəti ilə Milli Televiziya və Radio Şurası (MTRŞ) arasında gedən məhkəmə çəkişməsi davam edir.

Aktual.az-ın "Report"a istinadən məlumatına görə, şirkət bu dəfə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadından apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində baxılacaq məhkəmə işinin vaxtı açıqlanıb. Yanvar ayının 8-də keçirləcək iclasa hakim Sərvət Hüseynov sədrlik edəcək.

Qeyd edək ki, MTRŞ televiziya kanalından "Abşeron" adlı serialın çəkilməsi üçün ayrılan 160 min manat vəsaitin, həmçinin 8 min manatlıq cərimənin dövlət büdcəsinə geri qaytarılmasını tələb edir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində qarşılıqlı iddianın qaytarılması ilə bağlı qərardad çıxarılıb. Daha sonra ANS Müstəqil Yayım və Media Şirkəti apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xəbər 449 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR