ANS-in MTRŞ-ya qarşı şikayəti təmin edilməyib

ANS-in MTRŞ-ya qarşı şikayəti təmin edilməyib

Səbail rayon Məhkəməsində “ANS” Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb.

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, məhkəmənin qərarı ilə “ANS” Müstəqil Yayım və Media Şirkətinin şikayəti təmin edilməyib. MTRŞ-nın çıxardığı qərar qüvvəsində saxlanılıb.

Qeyd edək ki, ötən il oktyabrın 5-də MTRŞ ANS televiziyasında yayımlanan “Xoşqədəmlə axtarıram səni” verilişində reklam haqqında qanunvericiliyin tələbələrinin pozulmasını əsas gətirərək 09/3 saylı qərar qəbul edib. Həmin qərarda ANS-in cərimələnməsi nəzərdə tutulub. Qərarla razılaşmayan şirkət isə məhkəməyə müraciət edərək qərarın ləğv edilməsini istəyib.

Xəbər 285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR