Bu gün Bakı Apellyasiya Məhkəməsində "ANS Yayım və Media Şirkəti"nin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı qaldırdığı iddia üzrə şikayətə başlayıb.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, hakim Nurəddin Mustafayevin sədrliyi ilə keçirilən prosesdə ANS-in iddiası təmin edilməyib.
Qeyd edək ki, MTRŞ bir müddət əvvəl "ANS" televiziyasının efirində yayımlanan "Salam, Azərbaycan" proqramında vətəndaşların Azərbaycan Konstitusiyası ilə müəyyənləşdirilmiş hüquq və azadlıqlarına hörmətlə yanaşılmadığını, insanların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə, birtərəfliyə yol verildiyini, sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulduğu iddiası ilə bu verilişin yayımının 6 oktyabr 2015-ci il tarixdən etibarən 10 (on) gün müddətinə dayandırılması barədə qərar qəbul etmişdi.
"ANS Yayım və Media Şirkəti" MTRŞ-nı məhkəməyə verərək qərarın ləğv edilməsi ilə bağlı tələb irəli sürmüşdü. Məhkəmə qərarı təmin etməyib. Qərarla razılaşmayan ANS apellyasiya şikayəti verib.