Ankaranın 1,2 milyard dollar potensial itkisi var - Türkiyə Rusiya gərginliyi

Ankaranın 1,2 milyard dollar potensial itkisi var   - Türkiyə Rusiya gərginliyi
  • DÜNYA

Rusiya ilə münasibətləri gərginləşən Türkiyə turizm sektorunu qorumaq üçün müxtəlif stimullaşdırıcı addımlar atmağa çalışır.

Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu məlumat verib. Davudoğlu Rusiyanın iqtisadi sanksiyalarından sonra ölkənin turizm sektorunun inkişafı istiqamətində atılan addımlar barədə danışıb: 

“Rusiyanın tətbiq etdiyi bəzi sanksiyaların turizm sektoruna mənfi təsir etməməsi üçün bəzi tədbirlər görmüşük. 2015-ci ilin fevral ayından MDB-nin 8 ölkəsi ilə əməkdaşlıq edən turizm şirkətlərinə vergi güzəştləri tətbiq edirik. Eyni zamanda turizm şirkətlərinin kredit almaq imkanları sadələşdirlib. Artıq biz bu tədbirləri genişləndirmişik, indi 27 ölkə ilə işləyən turizm şirkətlərinə də aid edəcəyik. Bundan başqa, aprel-may aylarında biz hər çarter reysi üçün 6 min dollar ödəmişik. Bazarın zəifləməsinin qarşısını almaq üçün bu tədbirləri gələn ilin aprel-may ayları üçün də bütün ölkələr üzrə tətbiq etməklə davam etdirəcəyik”,- deyə Davudoğlu bildirib. 

Bu ilin ilk 10 ayı ərzində Türkiyəyə gələn xarici turistlərin sayına görə 15,56 faiz olmaqla almanlar üstünlük təşkil edib. Daha sonra siyahıda 10,7 faizlə Rusiya və 7,33 faizlə Böyük Britaniya yer alır. 

Bu il Türkiyəyə gələn xarici turistlərin sayı 4,02 faiz azalıb ki, bu da ötən ilin eyni vaxtı ilə müqayisədə rus turistlərin sayında 19 faiz azalma müşahidə edilməsi ilə bağlıdır. Türkiyənin turizmdən gələn gəliri 4,4 faiz azalaraq ilin 3 rübü üzrə 12,3 milyard dollar təşkil edib.

2014-cü ildə Türkiyəyə 4,38 milyon Rusiya vətəndaşı səyahət etmişdi. 

Türkiyə ilə Rusiya arasında münasibətlər bu ilin noyabrın 24-dən Türkikə hava qüvvələrinin Rusiyaya məxsus Su-24 tipli bombardman təyyarəsini vurmasından sonra gərginləşib. Bundan sonra Rusiya Türkiyəyə turist göndərişlərini və çarter reyslərini dayandırdı. 

Aktual.az

Xəbər 340 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR