Ankaranı partlatmaq istəyən 49 nəfər tutuldu

Ankaranı partlatmaq istəyən 49 nəfər tutuldu
  • DÜNYA

Ankarada keçirilən əməliyyat nəticəsində 49 İŞİD tərəfdarı həbs olunub.

Publika.az xəbər verir ki, Ankara prokurorluğunun açdığı cinayət işində İŞİD-lə əlaqədə şübhəli bilinən 55 əcnəbi şəxs haqqında həbs qərarı çıxarıb.

55 nəfərin 49 nəfəri əməliyyat nəticəsində tutulub. İstintaq nəticəsində məlum olub ki, həbs olunan şəxslər Cümhuriyyət Bayramı mərasimlərində terror aktı törətməyi planlaşdırıb.

Qeyd edək ki, oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin 94-cü ildönümü qeyd olunur.
 
Aktual.az
Xəbər 258 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR