Ankaradan uçan təyyarədə terror HƏYƏCANI

Ankaradan uçan təyyarədə terror   HƏYƏCANI

"Türk Hava Yolları" aviaşirkətinin Ankara-Ərzincan reysi üzrə təyyarəsi laynerin göyərtəsində partlayıcı qurğunun olması barədə zəngin daxil olmasına görə gecikdirilib.

Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, təyyarənin sərnişinləri təxliyə olunub, partlayıcı qurğu aşkar edilməyib.

İnsidentin araşdırılması zamanı müəyyən edilib ki, təyyarənin göyərtəsində partlayıcı qurğunun olması barədə yanlış məlumatı yerli "Ərzincanspor" futbol klubunun üzvləri veriblər.

Polis idmançıları saxlayıb, onların adları hələ açıqlanmır.

Xəbər 455 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR