Ankaradakı terroru PKK törədib

Ankaradakı terroru PKK törədib

“Reuters” xəbər agentliyi Ankarada baş vermiş partlayışı PKK terror təşkilatının törətdiyini bildirib.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, “Reuters” xəbəri Türkiyə təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən verdiyini bildirib.

Mənbə bildirib ki, ilkin araşdırma bombalı hücumun PKK terror təşkilatı və ya ona bağlı qruplar tərəfindən törədildiyini deməyə əsas verir.

Qeyd edək ki, bu gün axşam saatlarında Ankaranın mərkəzi Kızılay meydanı yaxınlığında partlayış baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 27 nəfər ölüb, 75 nəfər yaralanıb.

Xəbər 350 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR