Ankaradakı partlayışla bağlı — YENİ FAKTLAR

Ankaradakı partlayışla bağlı   — YENİ FAKTLAR

Ankarada törədilmiş terror aktı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Metal konstruksiya qəliblərindən hazırlanmış bomba yaxın məsafələrdə zirehi dəlmə, divarı uurma kimi xüsusiyyətlərə malik olub.

Məlum olub ki, Ankaranın Gənclik meydanında partladılan bomba 5 iyunda Diyarbəkirdə və 20 iyulda Suruçta işə salınan patlayıcılarla çox oxşardır. Belə ki, hər 3 partlayışdan sonra güclü yanğın baş verib və ətrafa polad qırıntılar yayılıb.

Hadisənin araşdırılması ilə bağlı 100 nəfərdən çox mütəxəssis birləşdirən qrup yaradılıb. Hüquq-mühafizə orqanları ilkin olaraq İŞİD-ə bağlı qüvvələrdən şübhələnir. Hazırda özünü partladan terrorçunun kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. Eyni zamanda meydanda və ətrafında quraşdırılmış nəzarət kameralarının görüntüləri araşdırılır.

Polis canlı bombalardan birinin Suruçdakı dəhşətli hadisəni törədən Şeyx Abdurrahman Alagözün yoxa çıxan qardaşı Yunus Emre Alagöz (25) ola biləcəyini düşünür və bu versiya üzərində iş aparılır. 
Bu arada Türkiyənin baş naziri Əhməd Davudoğlu kəşfiyyat orqanlarının ölkəyə "canlı bombalar"ın daxil olması ilə bağlı xəbərdarlıq etdiyini və həmin terrorçulardan 2-nin tutulduğunu bildirib. \lent.az

Xəbər 1640 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR