Ankaradakı dəhşətli terroru PKK törədib

Ankaradakı dəhşətli terroru PKK törədib
  • DÜNYA

Türkiyənin paytaxtı Ankarada terror aktı törədən hər iki terrorçu kamikadzenin kimlikləri müəyyənləşib.
 
Terror aktını Yunus Emre Alagöz və Ömər Dəniz Dündar törədib. 
 
Xəbərdə bildirilib ki, hər iki terrorçu ayrı-ayrı avtomobillərdə Türkiyənin Qaziantəp bölgəsindən Ankaraya gəliblər.
 
Partlayıcıları adı və soyadı tam açıqlanmayan Y.Ş.-nın hazırladığı müəyyən edilib. Hüquq-mühafizə orqanları terrorçuları Ankaraya gətirən avtomobillərin sahiblərini və Y.Ş.-nı Qaziantəpdə həbs edib.  
Terrorçuların şəxsiyyətləri dəmiryol vağzalında qoyulan kameraların vasitəsi ilə təsbit edilib. DNT analizindən sonra onların kimliyi müəyyənləşdirilib.
 
Qeyd edək ki, oktyabrın 10-da Ankaranın dəmiryol stansiyasının yaxınlığında terror aktı törədilib. İki terrorçu kamikadzenin özlərini partlatması nəticəsində 97 nəfər ölüb, 500 nəfərədək insan yaralanıb.\report.az
Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR