Ankaradakı dəhşətli terrorda Bəşər Əsəd izi

Ankaradakı dəhşətli terrorda Bəşər Əsəd izi
  • DÜNYA

Türkiyənin paytaxtı Ankarada 97 nəfərin ölümünə səbəb olan dəhşətli terror aktı ilə bağlı müxtəlif versiyalar səsləndirilir.
 
Modern.az saytının məlumatına görə terrorun PKK, "İslam dövləti" (İŞİD) tərəfindən törədildiyinə dair irəli sürülən fikirlərdən sonra sensasiya sayıla biləcək daha bir iddia səsləndirilib.
 
Türkiyə mənbələri yazıb ki, terror hadisəsi ilə bağlı ölkənin Baş Polis İdarəsi və Ankara Baş Polis idarəsində yaradılan xüsusi əməliyyat qrupu bir neçə variant üzərində təhqiqat aparır. Bildirilib ki, terrorla əlaqədar Suriya amili üzərində də dayanılır. Məlumata görə Suriyanın kəşfiyyat orqanı "Əl Muhaberat" PYD ilə (PKK-nın Suriya qanadı) yaxın təmaslara keçdikdən sonra Türkiyədə terror həyata keçirməyi planlaşdırıb.
 
Qeyd olunub ki, "Əl-Muhaberat" PKK-nın könüllülər dəstəsindən istifadə edərək Ankarada böyük faciə törədib.
 
İddiaya görə Rusiyadan son vaxtlar böyük hərbi və siyasi dəstək görən Suriya lideri Bəşər Əsəd Türkiyədə parlament seçkisi öncəsi xaos yaratmaqla Ankaraya öz gücünü nümayiş etdirməyi qarşısına məqsəd qoyub.
 
Bunun üçün isə "Əl-Muhaberat"ı dövriyyəyə salaraq terror aktları həyata keçirməyi əmr edib.
Xəbər 394 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR