Millət vəkili Q.Paşayevanın Ankarada Qarabağ parkı açılması təklifi Pursaklar bələdiyyəbaşqanı tərəfindən dəstəklənib.
"Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı” mövzusunda konfrans vermək üçün Ankaraya səfər edən millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri QənirəPaşayeva Ankara Pursaklar bələdiyyəbaşqanı Selçuk Çetinləgörüşüb. Millət vəkili Q.Paşayevanın Ankara Pursaklarda Qarabağ Parkı təklifinəhəssaslıqla yanaşan bələdiyyəbaşqanı qaldırdığınız təklif gerçəkləşəcək deyib. Görüş zamanı millət vəkili Q.Paşayeva ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri iləbağlı geniş məlumatlar verib, geniş müzakirələr olub. Ankara Pursaklar bələdiyyəbaşqanı Selçuk ÇetinləAzərbaycan-Türkiyəmünasibətlərinin daha da inkişafı istiqamətində, özəllikləgənc nəsillərimizəortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi iləbağlı da geniş müzakirələr aparılıb.Millət vəkili Q.Paşayeva son zamanlar qardaş Türkiyədəterrorla mübarizədəhəyatını itirən qardaş-bacılarımıza Allahdan rəhmət, ailələrinəsəbr diləyirik vəhər zaman terrorla mübarizədəqardaş Azərbaycan yanınızdadır deyib. Q.Paşayeva görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin vəbələdiyyələrinin qardaş şəhərlər vəbələdiyyələr olduğunu bildirərək,Ankara Pursakların daAzərbaycan bölgələrindən biri iləqardaş olaraq görmək istəyirik deyib.Ankara Pursaklar bələdiyyəbaşqanı Selçuk Çetin Türkiyənin vəAzərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyərəhbərliyi dövründəAzərbaycanla bütün istiqamətlərdəəməkdaşlığın inkişafına xüsusi önəm vədiqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilədəbağlı addımlar atılacağını bildirib. Millət vəkili Q.Paşayevanın Ankara Pursaklarda verdiyi konfransın çox önəmli olduğunu vurğulayaraqbu cür konfransların çoxalmasınınəhəmiyyətini xüsusi vurğulayıb.Millət vəkili QənirəPaşayeva Pursaklar bələdiyyəbaşqanına həmmüəllifi olduğu Türkiyətürkcəsində"Karabağ hikayeleri” kitabını hədiyyəedib. Ankara Pursaklar bələdiyyəbaşqanı Selçuk ÇetinəAzərbaycan tarixi, mədəniyyəti vəQarabağ həqiqətləri iləbağlı materiallar təqdim edən millət vəkili Q.Paşayeva bələdiyyəbaşqanını Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Ankara Pursaklar bələdiyyəbaşqanı Selçuk Çetin Azərbaycana mütləq səfər edəcəyini bildirib. Millət vəkili Q.Paşayeva Ankara Pursaklarda həmçinin fəal gənclər vəqadın təşkilatları ilədəgörüşüb, yerli KİV-lərəgeniş müsahibələr verib vəsuallarını cavablandırıb. Millət vəkili Q. Paşayeva bələdiyyə başqanının müşayəti ilə bəzi şəhid ailələrini də ziyarət edir, başsağlığı diləyib, sizin şəhidiniz bizim də şəhidimizdir deyərək ailələrə səbr diləyib.