Bu gün Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib.
20 nəfərin öldüyü, çox sayda yaralı olduğu barədə məlumat verilib.
Hadisə yerinə çox sayda təcili-tibbi yardım maşınları cəlb edilib. İlkin məlumatlarda partlayışın terror aktı olduğu ehtimal edilir.
Məlumatlarda ölənlərin və yaralıların sayının artacağı təxmin edilir.
Terror aktının kamikadze tərəfindən törədilməsi istisna olunmur.
x x x
Açılqanan son məlumatlara görə, yaralananların sayı 100 nəfərdən artıqdır.
x x x
Ankara polisinin verdiyi məlumata görə, terror aktında ölənlərin sayı 30-a, yaralananların sayı isə 126-ya çatıb.
Məlumatda bildirilir ki, Ankara polisi terrorçuların yeni terror aktları törətməsindən ehtiyat edirlər.
x x x
Son məlumatlarda qeyd olunur ki, terror aktında ölənlərin sayı 47-ə çatıb.
x x x
Trend-in məlumatına görə, Anadolu Agentliyi Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğluna istinadən xəbər verir ki, terror aktında ölənlərin sayı 86-ya, yaralananların sayı isə 186-ya çatıb.\trend
Aktual.az