Türkiyənin paytaxtı Ankarada avqust ayı boyunca ictimai yerlərdə, o cümlədən parklarda müxtəlif tədbirlərin keçirilməsi qadağan edilib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu qərar Ankara valiliyi tərəfindən paytaxtda təhlükəsizliyin təmin olunması məqsədilə qəbul edilib.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə qadağan olunmuş "İnqilabçı xalq-azadlıq partiyası - Cəbhə"nin (DHKP-C) tərəfdarları təşkilatın bir üzvünün həbs edilməsi ilə əlaqədar etiraz aksiyası keçirəcəyini elan etmişdi.
Aktual.az
Xəbər 289 dəfə oxunub.