Ankarada güclü partlayış -VİDEO + FOTO

Ankarada güclü partlayış  -VİDEO + FOTO
  • DÜNYA

100-dən çox adam yaralanıb.

Ankarada dəmiryol stansiyasında törədilən iki terror aktı nəticəsində azı 20 nəfər ölüb.

Partlayış zamanı 100-dən çox adam yaralanıb.

13:14

Türkiyə paytaxtı Ankarada dəmiryol stansiyasına gedən yolun üzərində yerləşən körpünün altında güclü partlayış baş verib.

Oxu.Az “Anadolu” agentliyinə isitinadən xəbər verir ki, hadisə yerinə xeyli sayda təcili tibbi yardım maşınları cəlb olunub.

Agentliyin məlumatına görə, çoxlu sayda ölən və yaralananlar var.

Doğan xəbər agentliyi isə hadisə nəticəsində 20 nəfərin həyatını itirdiyini yazır.

Qeyd edək ki, bu gün Ankaranın Səhiyyə meyadnında “Savaşın yerinə, Sülh, Əmək, Demokratiya” şüarı altında mitinq keçiriləcək. Mitinqə gələnlərin qatar stansiyasında toplaşması qərarlaşdırılıb. Məlumata əsasən, partlayış intiharçı-terrorçunun özünü partlatması nəticəsində baş verib.

12:49

Türkiyənin paytaxtı Ankarada güclü partlayış baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Partlayış nəticəsində ölənlərin olduğu bildirilir. Amma onların sayı göstərilməyib.\oxu.az

Xəbər 613 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR