Ankarada dəhşətli partlayışlar: 47 ölü, 126 yaralı - YENİLƏNİB - VİDEO - FOTO

Ankarada dəhşətli partlayışlar: 47 ölü, 126 yaralı   - YENİLƏNİB - VİDEO - FOTO
  • DÜNYA

Bu gün Ankarada dəmiryolu vağzalı yaxınlığında partlayış baş verib. 20 nəfərin öldüyü, çox sayda yaralı olduğu barədə məlumat verilib.

Hadisə yerinə çox sayda təcili-tibbi yardım maşınları cəlb edilib. İlkin məlumatlarda partlayışın terror aktı olduğu ehtimal edilir.

Məlumatlarda ölənlərin və yaralıların sayının artacağı təxmin edilir.

Terror aktının kamikadze tərəfindən törədilməsi istisna olunmur.

Açılqanan son məlumatlara görə, yaralananların sayı 100 nəfərdən artıqdır.

Ankara polisinin verdiyi məlumata görə, terror aktında ölənlərin sayı 30-a, yaralananların sayı isə 126-ya çatıb.

Məlumatda bildirilir ki, Ankara polisi terrorçuların yeni terror aktları törətməsindən ehtiyat edirlər.


Son məlumatlarda qeyd olunur ki, terror aktında ölənlərin sayı 47-ə çatıb.

Xəbər 1479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR