Ankara terrorunda ölənlərin sayı artıb - 36 nəfər

Ankara terrorunda ölənlərin sayı artıb   - 36 nəfər

Ankarada martın 13-də törədilmiş terror aktında yaralananlardan biri xəstəxanada ölüb.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Türkiyə Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, Kızılay meydanında törədilən partlayışda ağır yaralanan və hər iki ayağı amputasiya olunan 23 yaşlı Fəyyaz Aydın müalicə olunduğu Ankara Təhsil və Araşdırma Xəstəxanasında martın 21-də dünyasını dəyişib.

Bununla da, terror qurbanlarının sayı 36-ya çatıb.

Partlayışda yaralanan 18 nəfərin müalicəsi davam etdirilir. Onlardan 3-nün vəziyyəti ağırdır. 

Xəbər 316 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR