"Ankara Rusiya tərəfindən tətbiq olunan qadağalara cavab tədbirləri üzrə qərar qəbul edərkən "səbirlə və emosiyasız" hərəkət edəcək.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Rusiyanın "Su-24" təyyarəsinin vurulması hadisəsindən sonra Türkiyə Moskva ilə diplomatik münasibətlərin korlanmasının qarşısını almağa çalışıb.