Ankara Moskva və Kiyev arasında yeni dəhliz açır

Ankara Moskva və Kiyev arasında yeni dəhliz açır

Türkiyə Ukrayna böhranından əziyyət çəkən uşaqlara, qadınlara və yaralılara kömək etmək üçün Rusiya və Ukrayna arasında humanitar dəhlizin açılmasına ümid edir.
Aktual.az xəbər verir ki, bunu Türkiyə ombudsmanı Şərəf Malkoç deyib.
"Taxıl dəhlizi”ndən sonra bizim ailələrin, qadınların, uşaqların və yaralıların birləşməsi üçün dəhliz açmaq niyyətimiz var. Ümid edirəm ki, Türkiyə, Rusiya və Ukrayna ombudsmanlarının Ankarada keçiriləcək müzakirələri böhrandan zərər çəkmiş mülki şəxslərin yenidən birləşməsi üçün həll yollarının tapılmasına kömək edəcək. Bu müharibə dünyada siyasi, sosial, iqtisadi baxımdan hər kəsə təsir edib. Hər gün bombalar partlayır. Biz ombudsmanlar olaraq bütün bəşəriyyəti tezliklə atəşkəs üçün səy göstərməyə çağırırıq”, - o bildirib.
Qeyd edək ki, ötən gün Türkiyədə Ukrayna və Rusiya ombudsmanlarının görüşü keçirilib.
Xəbər 185 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR