Türkiyə milyarderlər İlon Mask və Ceff Bezosu sentyabrın 28-də İstanbulda keçiriləcək İnvestisiya Məsləhət Şurasının iclasında iştirak etmək üçün dəvət edib.
Aktual.az xəbər verir ki, bu barədə "Dünya” qəzeti məlumat yayıb.
"Səkkiz ildir keçirilməyən İnvestisiya Məsləhət Şurasının iclası bu il sentyabrın 28-də Dolmabaxça sarayında baş tutacaq. İlon Mask və Ceff Bezos da daxil olmaqla, dünyanın aparıcı şirkətlərinin baş direktorları və direktorlar şuralarının sədrləri toplantıya dəvət olunub”, - məlumatda deyilir.
Xəbər 228 dəfə oxunub.