Ankara Ərəbistanla 6 milyardlıq hərbi sazişə hazırlaşır

Ankara Ərəbistanla 6 milyardlıq hərbi sazişə hazırlaşır
  • DÜNYA

Türkiyə hökuməti Səudiyyə Ərəbistanı ilə krallığa döyüş gəmiləri, tanklar və raketlər almağa icazə verən 6 milyard dollarlıq müdafiə müqaviləsi bağlamağa ümid edir.
Aktual.az xəbər verir ki, bu barədə "Blumberq” türk mənbələrinə istinadən məlumat yayıb.
Mənbələr bildiriblər ki, Səudiyyə Ərəbistanının Türkiyənin reaktiv təyyarəsi layihəsinə qoşulmasını nəzərdə tutan saziş Prezidenti Rəcəb Tayyib Ərdoğanın mart ayında krallığa səfəri zamanı yekunlaşa bilər:
"Türkiyə müdafiə sənayesini inkişaf etdirməyə çalışır və dünyanın ən böyük silah idxalçılarından biri olan Səudiyyə Ərəbistanını əsas bazar olaraq görür. İndi Ankara "Altay” əsas döyüş tankını raketdən müdafiə sistemləri ilə birlikdə Səudiyyə Ərəbistanına satmaq istəyir. Eyni zamanda, Türkiyə krallığın "Kaan” döyüş təyyarəsinin inkişafı proqramında tərəfdaş olmasında maraqlıdır”.
Xəbər 138 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR