Avropa İttifaqı Rusiya və Macarıstan arasında “Pakş” atom elektrik stansiyasının iki enerji blokunun tikintisinə dair imzalanmış müqaviləni bloklayıb.
Bu barədə “The Financial Times” qəzeti məlumat yayıb. İcrasının dayandırılmasına qərar verilmiş kontraktın dəyəri 12 mlrd avro olub.
Qeyd edək ki, 2014-cü ildə Rusiya və Macarıstan arasında Pakş şəhərindəki atom elektrik stansiyası üçün 1200 MVt gücündə 2 nüvə reaktorunun birgə tikintisinə dair saziş imzalanıb. Tərəflər AES üçün nüvə yanacağının tədarükü məsələsi daxil olmaqla müvafiq sənədlər imzalayıb, lakin sonradan, kontraktın detallarının məxfi saxlanılması Aİ-də müəyyən şübhələr doğurub.
Aİ Rusiya yanacağının eksklüziv şəkildə Macarıstana tədarükünün əleyhinə çıxış edib. Aİ-də hesab edirlər ki, belə hal Macarıstanı Rusiyadan asılı vəziyyətə salacaq və Budapeşt Rusiyaya qarşı sanksiyaları dəstəkləməkdən imtina edəcək.(APA)