Çexiyanın Baş naziri Andrey Babiş apreldə Bakıya səfər etməyi planlaşdırır.
Aktual.az xəbər verir ki, bu barədə Report-a Çexiyanın Azərbaycandakı səfirliyindən bildirilib.
"Aprelin sonunda Baş nazirin Bakıya səfəri gözlənilir", - səfirlikdən qeyd ediblər.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş yanvarda Davos İqtisadi Forumunda görüş zamanı qarşılıqlı səfərlər barədə dəvət mübadiləsi aparıblar.
Xəbər 62 dəfə oxunub.