Anasının məzarını illərdir bir çox dəfə talan edilmiş halda görən Sue Pulli sonunda çarəni gizli kamerada tapdı.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərədə 2009-ci ildə ölən anasının küllərinin basdırıldığı Bristoldakı məzarı davamlı yerlə bir edilmiş halda görən Pulli kameradakı adamın əmisi oğlu olduğunu görüncə heyrətə düşdü.
Anasının məzarındaki çiçəkləri tapdalayıb torpağı boşaldan, məzar daşına çirkli su tökən əmisi oğlu Amanda Lesterdən polisə şikayət edən qadın olanlardan şoka düşdü.
Əmisi oğlunun anasının küllərinin də buraya basdırılmış olduğunu deyən Pulli Lesterin buna görə hirsli ola biləcəyini bildirib.
Amanda Lesterin təzminat ödəyəcəyi qeyd edilib. (publika.az)