Anasını öldürən qız və xalası oğlu məhkəmə qarşısında

Anasını öldürən qız və xalası oğlu məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası sentyabrın 23-nə təyin edilib.
 
Qeyd edək ki, bu ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Keçirilmiş əməliyyatla cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib.
 
Qətlə yetirilən M. Namet-zadən qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı "Jewellery" zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb.

Xəbər 672 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR