Mingəçevir şəhərində oğlu tərəfindən amansızcasına öldürülən ananın qətlinin bəzi təfərrüatları məlum olub.
Aktual.az xəbər verir ki, şəhər sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Kamalə Məhərrəmovanı öldürən Nail Məhərrəmov bir neçə ay bundan əvvəl həbsxanadan çıxıb:
"Nail sabiq polis mayoru Əlövsətin oğludur. Kamalə Əlövsətin ikinci həyat yoldaşıdır. Əlövsətin apteki vardı, Kamalə də orada işləyirdi. Əlövsət dünyasını dəyişəndən sonra apteki Kəmalə Məhərrəmova işlədib. Nail Məhərrəmov 10 il idi ki, həbsdə idi. O, bir neçə ay bundan əvvəl həbsxanadan qayıtmışdı. Anasını başqa şəxslə görüb. Hətta ona bununla bağlı xəbərdarlıq da edib. Nailin anası ilə dəfələrlə dava-dalaşı olub. Yəqin ki, burada həbsxana həyatı da mühüm rol oynayıb.”
Mingəçevir şəhərində Xətai küçəsi 10 ünvanında yaşayan Nail Məhərrəmov anası Kəmalə Məhərrəmovanı qətlə yetirib.
Aktual.az
Xəbər 734 dəfə oxunub.