Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 90 yaşlı qadının oğlu və gəlini tərəfindən şiddətə məruz qalması ilə bağlı məlumat yayıb.
Qurumdan
Aktual.az-a bildirilib ki, dərhal aidiyyəti üzrə faktın araşdırılmasına başlanılıb:
"Ünvan müəyyən olunub. Qadının oğlu ərazi üzrə polis bölməsinə dəvət olunub. Məlum olub ki, videoda əksini tapan görüntülər 7 ay əvvəl çəkilib, hazırda isə yaşlı qadın Naxçıvan şəhərində qızının yanındadır".
Rəsmi məlumata görə, faktla bağlı araşdırmalar davam etdirilir.
Xəbər 622 dəfə oxunub.