Anası təhrik etdi, xalasıoğlunu bıçaqladı

Anası təhrik etdi, xalasıoğlunu bıçaqladı

Xaçmazda iki qohum arasında düşən dava birini xəstəxanalıq, digərini isə həbsxanalıq edib.

Aktual.az-ın ans press-ə istinadən məlumatına görə, 20 yaşlı Elmar Təmirov öz xalası oğlu 24 yaşlı Kamran Hacıbalayevə bıçaqla xəsarət yetirib. Döş qəfəsinin arxa divarından 1 bıçaq yarası alan Kamran dərhal Xaçmaz rayon mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəsarət alan gəncə həkimlər ilk yardım göstəriblər və həyatını xilas edə biliblər. Zərərçəkən xalası oğlunun onu xalasının təhriki ilə bıçaqladığını deyib.

Faktla bağlı Xaçmaz polisinin əməliyyatçıları dərhal qohumunu qanına qəltan etmiş, 20 yaşlı Elmar Təmirovu saxlayıb. Saxlanılan şəxs hadisəni anasının təhriki ilə törətmədiyini, əməlindən heç də peşman olmadığını bildirdi. Xaçmaz PŞ-nin müstəntiqi Namiq Mirzəzadənin sözlərinə görə, hadisənin xoşagəlməz ifadə üstündə baş verdiyini bildirib: "Hacıbalayev Kamran Teyyub oğlunun onun barəsində xoşagəlməz ifadələr yaydığına görə Təmirov Elnur Bəhruz oğlunun yaşadığı evin qarşısında onunla mübahisə etmiş və mübahisə zamanı qəsdən onun saxlamlığına ağır xəsarət yetirib."

Xaçmaz PŞ-dən o da bildirildi ki, ailələr arasında əvvəllər də münaqişə yaşanıb. Son baş verən hadisə bu münaqişəni bir daha qabardıb.

Aktual.az

Xəbər 551 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR