Xalq artisti Məleykə Əsədova anasının vəfatı zamanı keçirdiyi ağrı-acı hisslərini tamaşaçılarla bölüşüb.
Aktual.azbig.az-a istinadən xəbər verir ki, "10-dan sonra" verilişində qonaq olan aktrisa hisslərini dilə gətirib:
"Anam dünyasını dəyişəndən sonra o qədər göz yaşı tökürdüm ki... Bir gün yuxuda gördüm ki, anamı aparırlar qəbrə qoymağa, suyun içərisindədir. Mənə qayıtdı ki, Məleykə, sən məni rahat yatmağa qoymursan. O qədər ağlayırdım ki... Qəbirdən durdu, əlini mənim bədənimə çəkdi, dedi ki, sənə bir qız övladı verirəm, get başın qarışsın. Anam dünyasını dəyişəndə mən hamilə idim".