Mədəniyyət naziri Anar Kərimov ABŞ-a səfər edəcək.
"Report" xəbər verir ki, nazirlə birlikdə Azərbaycanın bir çox incəsənət xadiminin də Vaşinqtona səfər edəcəyi gözlənilir.
Onlar Vaşinqtonda keçiriləcək xeyriyyə konsertinə qatılacaqlar.
Qeyd edək ki, xeyriyyə konserti ABŞ-ın Marşal İrsi İnstitutu, Azərbaycan Mədəniyyət Nazirliyi və ABŞ-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil ediləcək. "Orxideyanın səsi” adı altında keçiriləcək xeyriyyə konsertindən əldə ediləcək gəlirlə Qarabağda ərazilərin minalardan təmizlənməsi məqsədilə xüsusi itlər alınacaq.
Xeyriyyə konserti mayın 3-də keçiriləcək.
Xatırladaq ki, ilk xəbəri "Real TV" yazıb.
Xəbər 1373 dəfə oxunub.