ANAMA: Son həftədə 271 ha ərazi minalardan təmizləndi

ANAMA: Son həftədə 271 ha ərazi minalardan təmizləndi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlanıb.
 
ANAMA-dan Aktual.az-a verilən məlumata görə, dekabrın 5-dək 10-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 1 piyada əleyhinə mina, tank əlehinə 3 və 47 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
 
Bildirilib ki, 271 hektar ərazi mina və PHS-lərdən təmizlənib.







Xəbər 269 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR