Ana və oğulun faciəli ölümü ilə bağlı cinayət işi başlandı

Ana və oğulun faciəli ölümü ilə bağlı cinayət işi başlandı

Bakıda ağır yol qəza hadisəsi baş verib.

Aktual.az  bildirir ki, Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə oktyabrın 24-də axşam saatlarında Sabunçu rayonunun Balaxanı-Binəqədi şossesində baş verib.

Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Leyla Mərdanovanın idarə etdiyi "Hyundai" markalı avtomobillə Arif Nuriyevin idarə etdiyi "MAN" markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində L.Nuriyeva və onun oğlu, 2007-ci il təvəllüdlü Asəf Mərdanlı hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.3 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.
 
Aktual.az
Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR