Ucar rayonunda bıçaqlanma olub. Rayonun Qaracallı kəndi sakini aralarında yaranan mübahisə zəminində öz xalasını bıçaqlayıb.
Aktual.az xəbər verir ki, Ucar rayon Polis İdarəsindən ans press-əverilən məlumata görə, 1987-ci il təvəllüdlü Ruslan Mövlud oğlu Abdurrəhmanov xalası 1965-ci il təvəllüdlü Məlahət Zeynal qızı Qafarovanın evinə qonaq gəlib.
Xalası ilə bir müddət söhbət edən 29 yaşlı gənc daha sonra mübahisə etməyə başlayıb. Mübahisə o həddə çatıb ki, oğlan bıçağı çıxararaq xalasına zərbələr endirib.
Yaralını dərhal ailə üzvlərinin köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.
Xəstəxanadan yaralının üzərində əməliyyat aparıldığını, hazırda vəziyyətinin normal olduğunu bildirdilər.
Bıçaqlanan Məlahət Qafarovanın üç övladı var. Ruslanın niyyəti öz xalasını öldürmək olub, lakin qadının övladları analarının öldürməsinə mane olublar.
Hadisəni törədəndən sonra ərazidən qaçan Ruslanı Ucar polisi saxlayaraq istintaqa cəlb edib.