Amerkalı alimlər mükəmməl qadının üz parametrlərini müəyyən edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, "Aesthethic Surgery” jurnalının yazdığına görə Floridada yerləşən Tampl Universitetinin alimləri qadınların riyazi gözəlliyinə dair üz parametrlərini araşdırıb. Araşdırma nəticəsində məlum olub ki, üz quruluşu ürək şəklində olan qadınlar ideal gözəlliyə malikdir.
55 məşhurun fotosunu təhlil edən tədqiqatçılar bildirib ki, ürək şəklində olan üz gəncliyi təcəssüm etdirir. Bundan başqa, ürəkvari üz quruluşuna malik olan insanlar yaşlanmaya qarşı etdikləri estetik əməliyyatlarda daha yaxşı nəticələr əldə edir.
Riyazi gözəllik rəqəmləri
Mükəmməl qadın üzündə gözlər arasındakı ideal məsafə 59.2 mm-dir. Tədqiqatçılar onu da qeyd edib ki, gözlər, almacıq sümükləri arasındakı ideal məsafə 13.1 mm-dir. Mükəmməl burunun simmetriyası isə 43.66 mm-dir.
Aktual.az
Xəbər 954 dəfə oxunub.