Amerikalı agentin gizli məlumatları Rusiyaya ötürdüyü məlum oldu

Amerikalı agentin gizli məlumatları Rusiyaya ötürdüyü məlum oldu

ABŞ Federal Təhqiqat Bürosunun (FTB) agenti ölkəsinin dövlət sirlərini, o cümlədən hərbi peyklərin texniki xüsusiyyətlərini Rusiyaya satmaqda ittiham olunur.

Aktual.az  virtual-a istinadən bildirir ki, bu haqda TASS xəbər verib.

Məlumata görə, 49 yaşlı mühəndis Qreqori Allane Castis FTB-nin agenti olaraq 2000-ci ildən ABŞ Müdafiə Nazirliyində peykləriin quraşdırılması ilə məşğul olub. O, müstəntiqlərə etiraf edib ki, onu bu yola vadar edən guya həyat yoldaşının ciddi xəstəliyidir.

"Castis öz tamahını ABŞ-ın texnologiyalar haqda gizli informasiyalarını xarici dövlətin casusuna satmaqla milli təhlükəsizlik maraqlarından üstün tutub", - deyə ABŞ baş prokurorunun milli təhlükəsizlik məsələləri üzrə müavini Con Karlin bildirib.

Məlumatda bildirilib ki, günahını etiraf edəcəyi halda Castis 20 il azadlıqdan məhrum olunacaq. Məhkəmə dinləməsinin tarixi hələlik təyin edilməyib.

Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR