ABŞ Asiya-Sakit okean regionunda öz hərbi mövcudluğunu gücləndirib.
Aktual.az Axar.az-a istinadən bildirir ki, bu barədə informasiyanı "Renhap" agentliyi məlumat yayıb. Agentlik ABŞ-ın regiona ikinci təyyarədaşıyan gəmisini göndərdiyini bildirib. "Con C.Stennis" adlanan gəmi Şimali Koreyanın nüvə sınaqları və Cənubi Çin dənizindəki mübahisəli adalar uğrunda regional qarşıdurma ucbatından yeddi ay Sakit okeanda qalacaq.
Qeyd edək ki, ABŞ-ın "Ronald Reyqan" təyyarədaşıyan gəmisi hazırda Yaponiyanın Yokosuka limanında yerləşib.