Amerika 20 il əvvəl oğurladığı sənədləri Rusiyaya qaytarır

Amerika 20 il əvvəl oğurladığı sənədləri Rusiyaya qaytarır
  • DÜNYA

ABŞ 1990-cı illərin əvvəllərində Rusiya arxivlərindən oğurlanmış 20-dən artıq tarixi sənədi Rusiyaya qaytaracaq.

Aktual.az Modern.az-a istinadən xəbər verir ki, həmin sənədlər arasında Rusiya imperatorlarının və İosif Stalinin imzası olan sənədlər də var.
28 tarixi sənədin qaytarılması mərasimi martın 3-də Moskvadakı Amerika səfirliyində baş tutacaq. 1703-1894-cü illərdə Rusiya imperatorlarının verdiyi fərmanların və İosif Stalinin 1944-cü ildə ordu hissələrinin yenidən təşkili ilə bağlı verdiyi fərmanın orijinal surəti həmin sənədlər arasındadır.

Hesab olunur ki, sənədləri hazırda İsraildə yaşayan Vladimir Faynberq oğurlayıb. O, auksion dəyəri 24 milyon dollar olan 700-dən artıq sənədi 90-cı illərdə gizli yolla Rusiyadan xaricə çıxarmışdı.

Tarixi sənədlər ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən 2006-2012-ci illərdə aşkar olunub.

Xəbər 332 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR